SOYQIRIM – tarixin qanlı səhifəsi![]() 31 Mart Azərbaycanlıların soyqırım günüdür. İki əsrdən artıq azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olub. Rusiya imperiyası erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməklə Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağa məqsəd görürdülər. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə, “erməni kartı”nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman verdi, 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərdi: “Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır”. Bu, Rusiyanın Azərbaycan torpaqlarının işğalına başladığı dövr idi. Bu gün qeyd etdiyimiz tarixdən uzun illər məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Halbuki 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar hələ 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti, Milli Şura tərəfindən verilmişdi. Lakin 70 illik saxta sovet tarixi bizi gerçək tariximizdən uzaq salmışdı. Hətta dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, əirafda isə istirahət parkı salmışdılar. Və illər boyu bu parkda istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi bəxtəvərliyə görə fəxr edən bizlər təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var. Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında betonlanmışdı. 1998-ci ildən 31 martı yenidən gerçək adı ilə qeyd edirik. Amma xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini dərk etmək üçün həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq. 31 MART SOYQIRIMINI DÜNYA ICTIMAIYYƏTINƏ ÇATDIRA BILMƏMISIK. Türk qoşunları köməyə gəlməsəydi, türk paşasının dediyi kimi, Azərbaycanda “Allahu-Əkbər” deyən bir nəfər qalmayacaqdı” 1918-ci il mart ayının 31-də ermənilərin Azərbaycanda həyata keçirdiyi soyqırımdan 86 il keçir. Ötən müddət ərzində məlum səbəblərdən soyqırım hadisəsinin əsl mahiyyəti, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər ört-basdır edilib, xalqdan əsl gerçəkliklər gizlədilib. Hətta müəyyən zaman kəsiyində ermənilərin həmin hadisələrdə haqlı olmasına cəhdlər göstərilib, tarixi saxtalaşdırmaq üçün ən çirkin vasitələrə əl atılıb. Bütün bunlara baxmayaraq, gec də olsa, 31 martda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın əsl mahiyyəti, ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər xalqa çatdırılıb, dünya dövlətləri məsələdən hali ediliblər. 31 mart tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Bu, Azərbaycana qarşı erməni daşnaklarının XX əsr ərzində törətdiyi ikinci qırğının tarixidir. Ermənilər 4 dəfə Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. Hər hansı bir tarixi proses baş verən zaman ermənilər bundan məharətlə istifadə ediblər. Azərbaycana qarşı həyata keçirilən soyqırım və deportasiya siyasətinin birinci mərhələsi 1905-07-ci illərdə baş verib. Çar Rusiyasında baş vermiş inqilabdan istifadə edənlər Azərbaycanda qırğın törədiblər. İkinci dəfə birinci dünya müharibəsi nəticəsində Romanovlar monarxiyası devrildi və kommunist rejiminin yaradılması ərəfəsində 1918-ci ilin mart qırğını törədildi. İki gün ərzində Bakıda daşnak-bolşevik birləşmələrinin həyata keçirdiyi qırğın Azərbaycanın qəzalarına da yayıldı. Bu ərəfədə 12 mindən çox azərbaycanlı qətlə yetirilir. Azərbaycan Demokratik Respublikası dövründə 31 martın soyqırım günü kimi qeyd olunması rəsmiləşdi. 1998-ci ildə də respublika prezidentinin fərmanı ilə bu məsələ rəsmiləşdi. Əslində 31 mart soyqırımının tarixi kökləri lap qədimdir. 1890-cı ildə Daşnaksütun Partiyasının yaradılması Azərbaycan torpaqları hesabına “dənizdən-dənizə böyük Ermənistan” ideyalarının reallaşması istiqamətində atılmış addımlardan biri idi. Bir az da dərinə getsək, görərik bu, Pyotr dövründən, XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlamış bir prosesdi. Bu günə qədər də həmin proses davam edir. Təəssüf ki, XX əsr ərzində baş verən soyqırım hadisələrindən yalnız 31 martı soyqırım günü kimi qəbul etməklə kifayətlənmişik. Məsələnin mahiyyətini tam açıqlığı ilə dünya ictimaiyyətinə çatdıra bilməmişik. O cümlədən Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılmayıb. Bəşəriyyətin gözü qarşısında baş verən bu hadisəni yetərincə dünya miqyasına çıxarmağa nail olmamışıq. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq.
Baxılıb: 127 | Şərh Sayı (6)
Məlumat"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!İstifadəçi PaneliOnline
Hal-Hazırda saytda: 11
Qonaqlar: 4 İstifadəçilər: Tapılmadı Robotlar: Google Bot, Yandex Bot, MSN Bot, crawl Bot, Yahoo Bot, Yahoo Bot, Yandex Bot
Saytda olan son 20 istifadəçi: Sorğu
ReklamBölmələr
Baxımlı Xəbərlər
» Cavid De Lou - Sana Kiyamam
» Fatmagülün suçu nə? » İslamda qadağalar » Ronaldonun yeni aşkı [Photo] » Bu gün Mehriban Əliyevanın doğum g& ... » Birdə onları belə görək » 5 NEW Music » İsmail YK - Kudur Baby + Klip » Shakira - Waka Waka (This Time for Africa) [Video] » YorguN DerviS ft HeRMiT - Hələlik uzaqda » Kurtlar Vadisi Fələstin Filminin Çə ... » Ürəyim səninlə » Röya & Zamiq`in Qazax və Tovuz konserti (# ... » 2010 Ramazan təqvimi və Duaları » Gəlinliklər 2-ci Hissə » Mavi - Düş 2010 » Britney Spears - Mad Love » Sevgi Tortu » Betül Demir - Gönül Salıncağ ... » Hikmətli sözlər... | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||






















Reshad