Axirət Dünya bir tarla, məhşər bir xarman, Cənnət və Cəhənnəm isə anbardır sanki. Dünyada yaxşılıq və pislik, çirkinlik və gözəllik, faydalı və zərərli insanlar birgə ömür sürürlər. Axirətdə bunlar bir-birindən tamamilə ayrılacaqlar. Bütün yaxşılıqlar, gözəlliklər, faydalı və xeyirli insanlar Cənnətə toplanacaq. Hər cür pisliklər, çirkinliklər, zərərli və xeyirsiz insanlar isə Cəhənnəmə toplanacaq. Cənnət dünyadakı yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin meyvəsidir. İnsan dünyada nəyi əkərsə, Axirətdə də onu biçəcəkdir. Yetişdirdiyi meyvələri dərəcəkdir. Cənnət ALLAHIN sevdiyi xeyirli qulları üçün hazırladığı sonsuz bir mükafat yurdudur. Qulaqların eşitmədiyi, gözlərin görmədiyi, ağla gəlməyən, xəyal belə edilməyən nemətlərlə doludur. Dünyanın minlərlə il sürən xoşbəxt həyatı Cənnət həyatının bir anına belə dəyməz. Cənnətin açarı isə imandır. İmanı olduğu halda qulluq vəzifəsində günah edən, insanlara pislik edən kəslər Cəhənnəmdə cəzalarını çəkdikdən sonra Cənnətə girəcəklər. Cənnət göyləri və Yeri əhatə edəcək qədər genişdir. İçində növbənöv çaylar axar. Cənnət zümrüd kimi yaşıllıqlarla dolu bağçalardan əmələ gəlmişdir. Köşkləri inci, yaqut və mərcanlardan inşa edilmişdir. Cənnətliklər əbədiyyən gənc, dinc və sağlam olaraq nemətlər içində üzəcəklər. Ürəkləri istəyən hər şeyə nail olacaqlar. Cəhənnəm inkarçı, pis, zalım və əxlaqsız insanların atılacaqları bir cəza evidir. Qurani-Kərimdə Cəhənnəm yandırıb yaxdığı insanlar və daşlar olan bir atəş dəryası olaraq tanıdılır. Əslində ALLAHA və Axirət gününə inanmayan kafirlər üçün hazırlanmışdır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Ancaq inandığı halda nəfsinə qalib gələ bilməyən və günah sahibi olan insanlar da cəzalarını çəkənə qədər burada qalacaqlar. Cənnət və Cəhənnəmin varlığı İlahi ədalətin gərəyidir. Naqis insanların cəzalandırılmaması xeyirli insanlara zülümdür. Allah heç bir bəndəsini cəzalandırmaq istəməz. Ona görə də insanlara günahlardan əl çəkib xeyir əməllər etmələri üçün xəbərdarlıq edib. Günahlarına görə isə tezliklə tövbə etməyə çağırıb.
Baxılıb: 55 | Şərh Sayı (4)
![]() ![]() Xəbərlər: 0
Şərhlər: 127
ePul: 124
Medallari:
Milena445Tez tez bele movzu olsa belke bezi insanlar duz yola gelerler. Cənnət dünyadakı yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin meyvəsidir. --------------------
Bakmayın güldüğüme, dokunmayın ağlarım. Çaresizim içime akar tüm göz yaşlarım. Kıyılara vurmuşum, boşluğa savrulmuşum, Kendime el olmuşum, dokunmayın ağlarım. Məlumat"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!İstifadəçi PaneliOnline
Hal-Hazırda saytda: 6
Qonaqlar: 1 İstifadəçilər: Tapılmadı Robotlar: crawl Bot, MSN Bot, Yandex Bot, Google Bot, Yahoo Bot
Saytda olan son 20 istifadəçi: Sorğu
ReklamBölmələr
Baxımlı Xəbərlər
» Cavid De Lou - Sana Kiyamam
» Fatmagülün suçu nə? » Ronaldonun yeni aşkı [Photo] » Bu gün Mehriban Əliyevanın doğum g& ... » Birdə onları belə görək » 5 NEW Music » İsmail YK - Kudur Baby + Klip » Shakira - Waka Waka (This Time for Africa) [Video] » YorguN DerviS ft HeRMiT - Hələlik uzaqda » Kurtlar Vadisi Fələstin Filminin Çə ... » Ürəyim səninlə » Gəlinliklər 2-ci Hissə » 2010 Ramazan təqvimi və Duaları » Mavi - Düş 2010 » Britney Spears - Mad Love » Sevgi Tortu » Betül Demir - Gönül Salıncağ ... » Hikmətli sözlər... » Petek Dinçöz - Unutamam (2010) » Ozan - Yansın Dünya |2010| Full ALbom | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||






















Ayka-Ay