Deyirəm Deyirsən
Deyirəm ki:
gözün olum elə baxım gözümə
Deyirsən ki:
gözlərimə nə gəlib
Deyirəm ki:
naxış olum yolunda elə qalım yolunda
Deyirsən ki:
izlərimə nə gəlib
Deyirəm ki:
daraq olum saçında elə qalım saçında
Deyirsən ki:
küləklərə nə gəlib
Deyirəm ki:
ürək olum köksündə elə qalım köksündə
NƏ YAXŞI Kİ DEMİRSƏN: ÜRƏYİMƏ NƏ GƏLİB...
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
donald duck